AĞACƏKMƏ PROSESİNƏ BAŞLANILIB

“Təbiəti qoruyaq” adlı məşğulluq layihəsi çərçivəsində ağacəkmə prosesinə başlanılıb. Xaçmazın Qarabağlı kəndində keçirilən aksiyada Vətən müharibəsi şəhidlərinin hər birinin adına bir ağac əkilib. Layihə çərçivəsində Xaçmaz da daxil olmaqla respublikamızın daha 13-rayonunda iqlimə uyğun ağaclar əkilir.DOST İş Mərkəzi tərəfindən bu aksiyaya hər rayon üzrə 30 nəfər olmaqla ümumilikdə 420 nəfər qoşulub.İştirakçılar hər şəhidin adına bir Göyrüc ağacı əkib.Ağac isə həyatdır.