AZƏRBAYCANLI YANĞINSÖNDÜRƏNLƏR TÜRKİYƏDƏN VƏTƏNƏ QAYIDIB

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Vətənə qayıdıb. Qardaş Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan Fövqəladə Hallar Nazirliyinin xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.