AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDA SÜLH SAZİŞİ BAĞLANMALIDIR

Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişi bağlanmalıdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 13-ü parlamentin iclasında deyib. O bildirib ki, aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməlidir. Baş nazir həmçinin Qarabağla bağlı danışıqlarda real vəziyyəti erməni cəmiyyətindən gizlətdiyi üçün özünü günahkar hesab etdiyini qeyd edib.