AZƏRBAYCANIN İKİNCİ BÖYÜK ÇAYI-HƏKƏRİ ÇAY

Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra ikinci böyük çayıdır. Uzunluğu 113 km hövzəsinin sahəsi 2570 km2-dir.Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay Zabuxçay Ağsuçay soldan Şəlvəçay Piçənisçay Xoznavar çaylarıdır. Axımı qar yağış və yeraltı sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.Çayın orta illik su sərfi 16,2 m3/san-dir. Zabuxçay, Ağsuçay və digər qolların birləşməsindən sonra 22,7 m3/san-dir. Bunun da 70%-i yaz və yay, 30%-i isə payız və qış fəsillərində keçir. İntensiv suvarma dövründə illik axımının 14-16%-i axıdılır. Suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta minerallaşması 200 mq/l-dir.Həkəri çayı öz axarı boyunca Hoçaz kəndindən axan Hocazsuçayı və Zabux çayını qəbul edərək zənginləşir, Bərgüşad çayı ilə birləşdikdən sonra, Araza tökülür.Bəzi gümanlara görə, "Həkəri" sözü kürd dilli Həkəri tayfasının adı ilə bağlıdır. Məşhur Sarı aşığın qəbri Həkəri çayının sağ sahilində Güləbird kəndində, onun sevgilisi Yaxşının qəbri isə sol sahilindədir Ancaq əslində isə üzərində üç SES tikilmiş, yuxarı axarında Şəlvə çayı adlanlılan və keçmiş adı Alban olmuşdur. IX-XII əsrlərə aid ərəb mənbələrində Arran-çay adlanır və Araza töküldüyü göstərilir. Əkərə də adlanır. Görünür, sonralar kürddilli həkəri tayfasının ətraf ərazidə məskunlaşması ilə əlaqədar tədricən həmin tayfanın adı ilə tanınmağa başlamışdır.Həkərinin suyundan suvarma işlərində və energetikada geniş istifadə edilir. Həkəri çayının bol sularında iri qızıl balıq olur.