AZƏRBAYCANDAN GÜRCÜSTANA SƏFƏR EDƏNLƏRİN SAYINDA ARTIM VAR

Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında ötən ay Azərbaycandan Gürcüstana 11 181 nəfərin səfər etdiyi bildirilir. Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 424 nəfər və yaxud 2,9 dəfə çoxdur. Yanvar-avqust aylarında isə qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayı illik müqayisədə 82,5 % azalaraq 48 783 nəfər olub. Avqust ayında Gürcüstana yollanan beynəlxalq ziyarətçilərin ümumi sayı 1 054 329 nəfər təşkil edib. İlk 8 ayda isə bu göstərici 308 674 nəfər olub.