AZƏRBAYCANDA TURİZM BƏLƏDÇİLƏRİ BƏZİ YERLƏRƏ PULSUZ DAXİL OLACAQ

Azərbaycanda turizm bələdçiliyi sertifikatına malik olan şəxslər dövlət mülkiyyətində olan muzey, qalereya və qoruqlara ödənişsiz giriş imkanı əldə edəcək. Bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.