AZƏRBAYCANDA TİBBİ TURİZM İMKANLARI

Tibbi turizm ölkələr və şəhərlər arasında tibbi xədmət üçün edilən səyahətə verilən addır. Sağlamlıq və tibbi səbəblərdən səyahət təcrübəsi uzun tarixə malikdir. Hətta qədim mədəniyyətlər mineral termal bulaqların və müqəddəs məbəd hamamlarının müalicəvi təsirlərindən xəbərdar idilər. Arxeoloji qazıntılara əsasən şumerlərin termal suların ətrafında qədim müalicə mərkəzlərini yaratdıqları məlum olub. Tibbi turizm dedikdə yalnız sanatoriyalar, sağlamlıq mərkəzlərində istirahət nəzərdə tutulmur. Bura stamatoloq, dermatoloq, müxtəlif cərahiyyə və s tibbi xidmətlər də daxildir.