AZƏRBAYCANDA SEÇKİQABAĞI TƏŞVİQAT BAŞA ÇATDI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 547
			
	
        
		
			
		
		
	
	
		Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb. Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər,  onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılıb və təşviqat fevralın 6-sı, yəni bu gün səhər saat 8:00-da dayandırılıb. Bu günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar. Qeyd edək ki, fevralın 7-də seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
    
        
                    
            
	
	
				
				
		
	
	
				