AZƏRBAYCANDA E-TİCARƏTİN HƏCMİ 60%-Ə YAXIN ARTIB

Pandemiya dövründə gündəm olan məsələlərdən biri də elektron ticarət oldu.

Evdə qal çağrısına riayət edən insanlar alış-veriş etmələri üçün onlayn vasitələrdən istifadə edirlər. Bu da birbaşa olaraq elektron ticarət gəlirlərinin faizinin armasına təsir etdi. Azərbaycan Mərkəzi Bankına verilən xəbərə görə, əvvəlki ayla müqayisədə 10%, illik müqayisədə isə 63% çoxdur. Mart ayı ərzində həyata keçirilən elektron ticarət əməliyyatlarının 268 mln. manatı debet, 37 mln. manatı isə kredit kartları ilə reallaşdırılıb. Hesabata əsasən, bu ilin I rübündə elektron ticarətin həcmi 842 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 59% çoxdur.