AZƏRBAYCANDA DUZLA MÜALİCƏNİN QƏDİM GƏLƏNƏKLƏRİ

Naxçıvan şəhərindən 10-12 km şimal qərbdə, hündürlüyü 1153,8 m olan, uzaqdan baxdıqda lay-lay rəngli torpaq qatalrının olduğu bir dağ var. Ta qədim çağlardan adına Duzdağ deyilir. Burada 1967-ci ildə baş verən uçqun nəticəsində yaşı e.ə. 3-2-ci minilliklərə söykənən qədim daşduz mədəni aşkar olunub. Aparılan araşdırmalar zamanı qədim mədən sənayesinin infrastrukturları və dünyanın ən qədim duz mədənlərinin də elə Naxçıvan Duzdağında olduğu müəyyənləşdirilib. Naxçıvan duzu qaya duzu olduğundan özündə 84 mineralı birləşdirən ən qiymətli və faydalı duz hesab edilir.1970-ci illərdə Naxçıvan duz mədənində aparılan arxeoloji qazıntılar, tədqiqatlar nəticəsində burada böyük duz mağarası aşkar olunub və buranın ən qədim duzla müalicəxana məkanı olduğu müəyyənləşdirilib. Bütün bu faktlar isə onu deməyə i kan verir ki, Avropaya XIX əsrdə duzla müalicə üsulu məlum idisə, Naxçıvanda bu ən qədim dövrlərdən mövcud olub. Müəyyənləşdirilmişdir ki, duz mədənində çalışanların heç birində bronxit və ya asma kimi ağciyər xəstəlikləri yoxdur.Bunu Naxçıvanın sağlamlıq turizmi potensialından danışan Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Asosiyasının sədri Rusulan Quliyev deyib.1979-cu ildən 50 çarpayılıq xəstəxana kimi Naxçıvan Duz Mədənin bazasında fəaliyyətə başlayan Naxçıvan Respublikası "Duzdağ" Fizioterapiya xəstəxanası bu gün daha da genişlənib və dünyanın müxtəlif ölkələrindən bura xəstələr gələrək təbii şəkildə Naxçıvan duzu, iqlimi, təbii havası ilə müalicə olunarlar.Turizm mütəxəsisi həmçinin vurğuladı ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanın turizm imkanlarının daha çox tanınmasına və yayılmasına imkan yaradacaq.Ruslan Quliyev onu da vurğuladı ki, Naxçıvanın Duzdağ mağaralarınını sağlamlıq imkanlarından daha çox yararlanmağa marağlı olan turistlər rütubətli və soyuq ölkələrdən gələnlərdir.