AZƏRBAYCANA TURİST AXINI 2 DƏFƏDƏN ÇOX ARTIB

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 246 277 turist səfər edib. Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Rüblük göstəricinin 95 844-ü mart ayının payına düşüb. Bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.