AZƏRBAYCANA DAHA 14 ÖLKƏDƏN TURİST SƏFƏR EDƏCƏK
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 765
			
	
        
		
			
		
		
	
	
		Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilib. Bununla bağlı Baş Nazir Əli Əsədov, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin  uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb. Qərara əsasən, 2022-ci il 20 may tarixindən hava nəqliyyatı vasitəsilə  Bolqarıstan Respublikası, Butan Krallığı, Cənubi Afrika Respublikası, Qvatemala Respublikası, Laos Xalq Demokratik Respublikası, Livan , Mavriki Respublikası, Misir , Myanma İttifaqı Respublikası, Nepal , Paraqvay,  Şimali Makedoniya, Şri-Lanka və Vyetnam vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına müvafiq  tələblər nəzərə alınmaqla icazə verilir: Qeyd edək ki, Azərbaycanda karantin rejimi iyunun 1 – nə qədər uzadılıb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				