AZƏRBAYCAN VƏ QIRĞIZISTAN XARİCİ İŞLƏR NAZİRLƏRİ ARASINDA GÖRÜŞ OLUB

Qırğızıstan Respublikasının Xarici İşlər Naziri ilə Azərbaycan Xarici işlər Naziri arasında görüş keçirilib. Görüşdən sonra brifinq təşkil edilib. Brifinqdə çıxış edən Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov bildirb ki, Azərbaycan və qırğız xalqları arasında tarixi, mədəni, dini bağlılıqlar mövcuddur. Ölkələrimiz qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətləri davam etdirmək siyasəti yürüdürlər. Dövlət başçılarımız arasında səmimi münasibətlər əlaqələrin daha da inkişafına mühüm töhfələr verir.Qırğızıstan Xarici İşlər Naziri Ruslan Kazakbaev isə çıxışında görüşün görüşün önəmindən danışaraq Azərbaycanı Qırğızıstan üçün çox vacib tərəfdaş adlandırıb.Bu gün azərbaycanlı həmkarım Ceyhun Bayramovla çox faydalı danışıqlar apardıq. Bu danışıqlar bir çox sahələri əhatə etdi. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. “Bişkek ilə Bakı arasında birbaşa hava reyslərinin bərpa olunması məsələsinə toxunduq. Nəqliyyat dəhlizlərinin açılması barədə fikir mübadiləsi də apardıq. Hazırda ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi prioritet məsələdir”.Azərbaycan Qırğızıstanın çox vacib tərəfdaşıdır. Bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Bu münasibətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.