AZƏRBAYCAN VƏ ERMƏNİSTAN SÜLH SAZİŞİ İMZALAYIR

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ikitərəfli görüşü davam edir. Arlinqtonda keçirilən görüşdə XİN başçıları tərəfindən Azərbaycan və Ermənistan arasında

sülh sazişi layihəsinə dair müzakirələr aparılır. Diplomatik mənbələrdən əldə edilən bilgiyə görə danışıqların bir neçə gün davam edəcəyi gözlənilir. Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.Antoni Blinken əvvəlcə Ermənistan XİN Ararat Mirzoyanla görüşüb. Tərəflər regionda sabitlik və təhlükəsizlik, İrəvan və Bakı arasında münasibətlərin nizamlanması məsələlərini müzakirə ediblər.  Antoni Blinkenin həmçinin Azərbaycan XİN Ceyhun Bayramovla da görüşüb.  Daha sonra Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüş keçiriblər.Danışıqlarda nələrin müzakirə olunması ilə bağlı, hələ ki, açıqlama verilməyib.