AZƏRBAYCAN TÜRKLƏRİ İLƏ BAĞLI YENİ TARİXİ BİLGİLƏR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1542
			
	
        
		
			
		
		
	
	
		Tarix Elmələri doktoru Telman Nüsrətoğlunun  “Osmanlı Hariciyesi’nin Güney Kafkasya Raporları (1852-1914)”   adlı kitabı Türkiyədə çapdan çıxıb. Kitabın yazılmasını gərəkdirən səbəblərdən danışan tarixçi yazar Telman Nüsrətoğlu deyir ki, Çar Rusiyası çağlarında Azərbaycan tarixi ya dəyişdirilib,  ya da unutdurulub. Azərbaycanın Müstəqilliyini əldə etdikdən sonrakı bilinməyən dönəmlərilə bağlı tarixçilərimiz müxtəlif tədqiqat işləri görüb. Tarixçi olaraq ən böyük vəzifəmiz  Azərbaycan Türklərinin, ümumiyyətlə Türk tarixinin, Qafqaz tarixinin doğru-düzgün yazılmasına və bilinməyən çağlarının öyrənilməsinə çalışmalıyıq.
19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Türkiyə-Azərbaycan arasında iqtisadi-siyasi və mədəni əlaqələrdən danışan tarixçi bütün bu əlaqələrlə bağlı tarixi sənədlər, hesabatlar yenicə çapdan çıxan tədqiqat işində yer alıb.Tarixçi yazar həmçinin apardığı tədqiqat işləri zamanı əldə etdiyi bəzi həyəcanverici tarixi sənədlərdən də bəhs etdi.
    
        
                    
            
	
	
				
				
		
	
	
				