AZƏRBAYCAN SÜLHMƏRAMLILARI ƏFQANISTANDAN VƏTƏNƏ QAYIDIBLAR

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları tam heyətdə Kabil-Ankara-Bakı marşrutu ilə Vətənə qayıdıblar. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib.