AZƏRBAYCAN RUSİYA SƏRHƏDİNDƏ CİDDİ YOXLANIŞ VAR

Azərbaycan Rusiya sərhədində ciddi yoxlanış var. Yük maşınları rahatlıqla hər iki ölkəyə gedib gələ bilirlər. Bununla yanaşı Azərbaycanda olan Rusiya vətəndaşlarıda öz ölkələrinə gedə bilərlər. Azərbaycandan isə piyada və minik maşınlarına gediş gəliş hələki bağlıdır.

Bircə yük maşınlarından başqa. Azərbaycan Rusiya ilə sərhəddə karantin çadırları qurulub. Sərhəd bağlansada yük maşınları rahatlıqla hər iki ölkəyə gedib gələ bilirlər. Dövlət Sərhəd Xidmətinin əməkdaşları Rusiyadan gələn yük maşınlarını ciddi şəkildə yoxlayaraq Azərbaycana buraxırlar. Rusiyadan gələn yük maşınlarını xususi geym geyinən sərhədçilər elə sərhədin giriş hissəsində sənədlərini yoXlayarlar. Daha sonra yük maşınları növbə ilə dərmanla dolu olan hovuzun içindən keçir və dezinfeksiya olunur. Rusiyadan gələn yük maşınlarının sürücüləri isə xususi aparatlarla yoxlanılır. Sonra Azərbaycan ərazisinə buraxılır. Dövlət Sərhəd Xidməti və Gömrük Komitəsinin əməkdaşları ilə bu işlər birgə aparırlar. Rusiyadan gələn və əks istiqamətinə gedən bütün yük maşınları ciddi şəkildə yoxlanılır. Gömrük komitəsindən bildirilib ki, Rusiyadan gələn sürücülər arasında 3 nəfər şübhəli şəxsə rast gəlinib. Onlarıda FHN-nin sərhəd-keçid məntəqəsinin yaxınlığında qəbul-çeşidləmə məntəqələrinə aparıblar. Ordanda xəstəxanaya yerləşdiriliblər. Fasiləsiz rejimdə fəaliyyət göstərən məntəqələrdə hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş DSX-nin peşəkar tibbi briqadaları fəaliyyət göstərir. Belə ki, sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxslər FHN-nin tibbi briqadasında təkrar müayinə ediləcək, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi, şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalması təmin ediləcək.