AZƏRBAYCAN QARDAŞ ÖZBƏKİSTANLA İŞ BİRLİYİNİ GÜCLƏNDİRİR

Özbəkistanın paytaxtı Daşkənddə iqtisadiyyat naziri Mikayıl Cabbarov və bu ölkənin Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov arasında görüş keçirilib. Tərəflər Azərbaycan – Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu, Dövlət Başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların əlaqələrin inkişafında mühüm önəmini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üzrə tədbirlər planının uğurlu icrası, ikitərəfli əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhvə verir.