AZƏRBAYCAN PREZİDENTİ FƏRMAN İMZALAYIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1430
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan Prezidenti İlham Əliyev “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə  haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun Milli Məclisdə bu il mayın 31-də qəbul edilib.Qanun 5 fəsil, 20 maddədən ibarətdir.Qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				