"AZƏRBAYCAN KİNO GÜNLƏRİ" KEÇİRİLİB

Özbəkistanda keçirilən “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestival çərçivəsində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan kino günləri”nin açılış mərasimi keçirilib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, müəllimlər, tələbələr və jurnalistlər iştirak edib. Açılışa Azərbaycan nümayəndə heyətinin üzvləri-Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, “Azərbaycanfilm” studiyasının direktoru Fariz Əhmədov, və digərləri qatılıb.