AZƏRBAYCAN FİLMİ İLK DƏFƏ KANN FESTİVALINDA

Film şəhər kənarına ailə ziyafətinə gedən cütlükdən bəhs edir. Gündəlik, məişət məsələləri ilə bağlı cütlük arasında yaranan fikir ayrılığı gözlənilməz məqamlara səbəb olur.

Bu səbəbdən qadın qəhrəman çətin, amma öncədən təxmin olunan vəziyyətə düşür. Qısametrajlı “Axşama doğru” filmi “üçüncü məna”nın əldə olunmasına yönəlmiş yeni kino dilinin axtarışıdır. Fransız filosofu Rolan Barta görə, “üçüncü məna” sözlə ifadə oluna bilməz, bu, özəlliklə, kinematoqrafiyaya xas keyfiyyətdir. Rolları Leyla Mədətxanova,Teymur Hacıyev, Gültəkin Ağayeva və Oktay Mirzəyev ifa edir. Filmin Ssenari müəllifi Teymur Hacıyev, operatoru Yevgeni Rodindir. Xatırladaq ki, Teymur Hacıyevin “Şanxay, Bakı”, “Duz, istiot zövqə görə” filmləri nüfuzlu festivallarda iştirak edib..