AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDDİNDƏ GÖRÜŞ BAŞLADI

Noyabrın 30-da delimitasiya komissiyalarının işi çərçivəsində Ermənistan-Azərbaycan sərhədinin Qazax və İcevan hissəsində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan arasında görüş başlayıb. Delimitasiya komissiyasının daha bir neçə iclasının keçirilməsi planlaşdırılır. Qeyd edək ki, bu, dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 5-ci iclasıdır. Xatırladaq ki, Antiterror tədbirlərindən sonra oktyabrın 26-da Tbilisidə Azərbaycan Baş naziri Əli Əsədov və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olub.Daha sonra Azərbaycan regiondan kənar qüvvələrin iştirakı olmadan danışıqların davam etdirlməsini təklif edib.