AZƏRBAYCAN BÖLMƏSİ ÜZRƏ MƏKTƏB SEÇİMİ BAŞLADI

Bu gündən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat mərhələsinə start verilib. Eyni zamanda Bu gündən Azərbaycan bölməsi üzrə məktəb seçiminə də başlanılır. Habelə Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq olar. Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna mayın 4-dən start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır və qeydiyyat sentyabrın 14-də başa çatacaq.