AZƏRBAYCAN BİR SIRA BEYNƏLXALQ SƏRGİLƏRDƏ İŞTİRAK EDƏCƏK

Hər ay olduğu kimi, bu ayda ölkəmiz respublikanın turizm potensialını təbliğ etmək məqsədi ilə bir sıra beynəlxalq sərgilərdə iştirak edəcək.

Dəmir Atli Adam ləqəbi ilə tanınan vloger, fotograf, və velosipedçi Gürkan Genç 2012-ci ildə çıxdığı dünya turunda 85 min kilometr yol qət edərək Kolombiyaya çatıb. 8 ildir velosipedlə dünyanı gəzən türk “Ginnesin rekordlar” kitabına düşməyi hədəfləyir. 8 il əvvəl arxasında kiçik bir türk bayrağı olan velosipedi ilə dünya turuna çıxan, 49 ölkədən keçən 41 yaşındakı Gürkan Genç adını “Ginnesin rekordlar kitabı”na “səhra bölgələrinin və hər bir qitənin ən yüksək yollarından keçən bir velosipedçi” olaraq yazmağı hədəfləyir. Gürkan Gənc, turunun 50-ci ölkəsi olan Kalombiyanın paytaxtı Boqotada 2012-ci ildən başladığı, Avropa, Afrika, Asiya və Amerika qitələrini velosipedlə keçən səfərinin çətinliklərindən, bu səfərdə yaşadıqlarında və hədəflərindən danışıb. Dünya turu qərarından əvvəl 2010-cu ildə Ankarada işlədiyi restoranı təhvil verdiyini və velosipedlə Yaponiyaya getdiyini söyləyən Gənç, bu ölkəyə qədər Gürcüstan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, Əfqanıstan, Qırğızıstan, Çin, Monqolustan, Cənubi Koreyanı arxada qoyaraq 12 min 500 kilometr məsafə qət edərək çatdığını söyləyib. Monqolustanda “Dəmir atlı adam” ləqəbi aldığını xatırladan Gənç, səyahət zamanı yazdığı təəssüratlarının çox diqqət çəkdiyini, buna görə də dünya turuna çıxdığını qərar veridiyini bildirib. Quru yolçuluğlarında sadəcə velosiped istifadə edən Genç gəmi və təyyarədən sadəcə qitələri keçərkən istifadə edib. “Bütün Quru yollarında Velosipedimddəki, ləvazimatlar sayəsində yol, və məsafə izlərini qeydə alıram deyən qəhrəmanımız, Sərgüzəştləri, qəzaları, xoşbəxt anları ilə davam edən dünya turunun 50-ci ölkəsi Kalombiyada bir müddət qaldıqdan sonra Alyaskaya gedəcəyini bildirib.