AZƏRBAYCAN 10 ERMƏNİ HƏRBÇİNİ ERMƏNİSTANA TƏHVİL VERDİ

Azərbaycan 10 erməni hərbi qulluqçunu Ermənistana təhvil verib. Avropa İttifaqı şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14 – ü Brüsseldə keçirilən üçtərəfli görüşün, habelə Azərbaycan prezidenti İlham Əliyevlə Avropa İttifaqı şurasının prezidenti Şarl Mişel arasında keçirilən ikitərəfli görüşün nıticəsi olaraq, Azərbaycan bir daha humanizm prinsiplərinə sadiq qalaraq 10 nəfər erməni əsilli hərbçini Ermənistan tərəfinə təhvil verib.