AZƏRBAYCAN, RUSİYA VƏ ERMƏNİSTAN XİN BAŞÇILARININ GÖRÜŞÜ OLUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 746
			
	
        
		
			
		
		
	
	
		Rusiya Cənubi Qafqazı sülh, davamlı inkişaf və firəvanlıq zonasına çevirməkdə maraqlıdır. Bunu Rusiya Xarici işlər naziri Sergey  Lavrov Düşənbədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirliyinin başçıları ilə keçirilən 3 tərəfli görüşdə bildirib. Ümid edirəm ki, bu günki görüş liderlərimiz müəyyən etdiyi yolla  irəliləməyə imkan verəcək deyən Rusiya Xarici işlər nazirliyinin rəhbəri qeyd edib ki, Moskva tərəflər arasında etimadın artırılmasında və Ermənistan Azərbaycan əlaqələrinin tam normallaşması üçün şərait yaradılmasında maraqlıdlır. Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov isə öz növbəsində Rusiya və Ermənistandan olan həmkarı ilə görüşü əldə edilə biləcək irəliləyişləri müzakirə etmək üçün yaxşı fürsət adlandırıb. Nazir eyni zamanda nəqliyyat kommunikasiya xətlərinin açılması işində irəliləyişin olmadığını vurğulayıb. Biz sülh müqaviləsi üzərində işə başlamağa  hazırıq. İnanırıq ki, bu günki, görüş təmasların davam etdirilməsi bu mövzuda gedən müzakirələrə müsbət təsir göstərəcək - deyə Ceyhun Bayramov bildirib. Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				