AZAL İSTANBUL VƏ ANKARAYA UÇUŞLARI DAYANDIRIR

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Türkiyənin İstanbul və Ankara şəhərlərinə uçuşları müvəqqəti dayandırır. Bunu AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. Onun sözlərində görə, Bakı-İstanbul-Bakı 29 aprel – 16 may 2021-ci il tarixlərinə və Bakı-Ankara-Bakı 29 aprel – 13 may 2021-ci il tarixlərinə olan reyslər ləğv edilir. Bununla yanaşı, Bakı-Antalya-Bakı 12 may 2021-ci il tarixli reysi də ləğv olunub. Qeyd edək ki, buna səbəb sərnişin axınının aşağı olmasıdır.Azərbaycan Hava Yolları aviaşirkətinin Türkiyənin İstanbul, Ankara və Antalya istiqamətlərinə olan reysləri ləğv edilir. Turizmplus.az AZAL-a istinadən xəbər verir ki, Bakı-İstanbul-Baku (J2175/176) 29 aprel 2021-ci il tarixdən – 16 may 2021-ci il tarixinədək, Bakı-Ankara-Bakı (J2 103/104) – 29 aprel 2021-ci il tarixdən – 13 may 2021-ci il tarixinədən, Bakı-Antalya -Bakı (J2 125/126) yalnız 12 may 2021-ci il tarixli reysi ləğv olunacaq. Alternativ variant olaraq aviabiletləri Türk Hava Yollarının reyslərinə dəyişmək mümkündür. “Azərbaycan Hava Yolları” QSC-nin yuxarıda göstərilən reyslərə yazılan aviabiletlərin cərimə tətbiq olunmadan istənilən tarixlərə dəyişdirilməsinə və ya qaytarılmasına icazə verilir.