"AZAL"- IN NAXÇIVANA GEDƏN SƏRNİŞİNLƏRƏ TƏKLİFİ

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytından almağı təklif edir. Bu, AZAL-ın kassaları qarşısında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletləri rəsmiləşdirməsi prosesini asanlaşdırmağa kömək edəcək.Hər iki istiqamət üzrə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək olar. Xatırladaq ki, respublika daxilində reyslər üçün aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.Bundan əlavə, qeyd edilən reyslərdə bir sıra kateqoriyalı sərnişinlər üçün endirim nəzərdə tutulub. Belə ki, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə 10 manat məbləğində endirim tətbiq olunur.