AZAD ŞÜKÜROVUN OXUCULARLA GÖRÜŞÜ KEÇİRİLİB

Oktyabrın 1-dən 10-na kimi Qanun nəşriyyatını təşəbbüsü ilə Əl Oyunları İdman Sarayında Azərbaycanda ilk dəfə olaraq Milli Kitab Satış Sərgisi keçirilir. Satış Sərgi çərçivəsində kitab müəllifləri və digər sənət adamları ilə görüşlər və imza atma mərasimləri keçirilir. Əvvəlcədən tərtib olunan proqrama əsasən oktyabrın 5 – də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, dosent, əməkdar artist Azad Şükürovun oxucularla görüşü keçirilib.