AVROPANIN 10 ƏN TƏHLÜKƏSİZ ÇİMƏRLİKLƏRİNİN ADLARI AÇIQLANIB

“Forbes” jurnalının tərtib etdiyi siyahıda ilk pillədə Yunanıstanın Preveze bölgəsində yerləşən Monoliti çimərliyi yerləşib.

Bu, 22 km uzunluğu və 80 metr eni ilə çimərlik Avropanın ən geniş çimərliyi sayılır. Çimərlik, hava limanından 10 dəqiqə məsafədə yerləşir, yaxınlığında 3 xəstəxana fəaliyyət göstərir. İkinci pillədə Portuqaliyanın Alenteju regionunda yerləşən Komporta, üçüncü yerdə isə Polşadakı Xel çimərliyi yer alıb. Siyahıda növbəti yerlərdə müvafiq olaraq, Porto Santo (Portuqaliya), Xalikunas (Yunanıstan), Qayn Tuffixa (Malta), Meya Praya, Laqos, Alqarve (Portuqaliya), Yurmala (Latviya), Nida (Litva), Bints, Ryuqen (Almaniya) qərarlaşıb. “Forbes” jurnalı ən təhlükəsiz çimərliklərin siyahısını tərtib edərkən koronavirus xəstəliyinin göstəricisinin aşağı olması, çimərliklərin böyüklüyü, bir nəfər üçün ayrılan yerlərin sayı, tibb müəssisələrinin yaxınlığı kimi amillər nəzərə alınıb.