AUDİOVİZUAL ŞURA REGİONAL TELEVİZİYA KANALLARININ ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞÜB

"ARB Şimal" televiziya redaksiyasının Xaçmaz şəhərində yerləşən inzibati binasında "Audiovizual mediada saxta və təhrifolunmuş məlumatların yayılmasına qarşı

mübarizə" və "İnsan alveri ilə mübarizədə audiovisual medianın rolu" mövzularında dəyirmi masa keçirilib. Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə "ARB Şimal",  "ARB Günəş"  və  "Qafqaz TV" regional televiziya kanallarının ümumi proqram rəhbərləri və xəbər redaksiyalarının məsul əməkdaşları iştirak ediblər.