ATILAN GEYİMLƏR İQLİMƏ MƏNFİ TƏSİR EDİR

BMT tərəfindən 2018-ci ildə iqlim dəyişikliyi ilə mübarizə üçün təsis edilən Moda Sənayesi Xartiyası nail olduğu uğurlar barədə ilk hesabatını dərc edib. Daim genişlənən Xartiyaya, sənayedə istixana qazlarının tullantılarının 10 faizini təşkil edən dünya geyim istehsalçıları daxildir. BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, onların 38 faizi emissiyaların azaldılması üzrə konkret öhdəliklər götürüblər.Xartiyanı ümumi dövriyyəsi 450 milyard dollar olan 125 şirkət imzalayıb. Moda sənayesi, ilk növbədə nəhəng istehsal həcmləri sayəsində iqlim dəyişikliyinə qarşı mübarizəyə əhəmiyyətli bir töhfə verə bilər. Bu sahədə 300 milyon insan çalışır, onun illik dövriyyəsi isə 1,3 trilyon dollardan çoxdur. İstənilən istehsal, üstəlik bu qədər genişmiqyaslı, resursların istehlakını nəzərdə tutur və ətraf mühitin çirklənməsinə gətirir.Misal üçün, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məlumatlarına əsasən, bir cüt cinsin istehsalına pambıq yığımı, tikişi, daşınması və yuyulması nəzərə alınmaqla, demək olar ki, dörd min litr su sərf olunur. Bu halda ətraf mühitə dəyən zərər 33,4 kiloqram karbon ekvivalentinin atıldığı halda dəyən zərərlə eynidir. Lakin, prosesə düşünərək yanaşıldıqda, təbiət üçün mənfi nəticələri əhəmiyyətli dərəcədə azaltmaq olar.Xartiyaya qoşulmaqla şirkətlər, müəssisələrinin atmosferi çirkləndirən istixana qazlarının tullantıları barədə məlumat təqdim etməyə öhdəlik götürürlər. Hazırda hesabatda deyildiyi kimi imzalayanların 70 faizi artıq bunu edib. Üstəlik, Xartiyaya daxil olan şirkətlərin 38 faizi atmosferə zərərli təsirlərin azaldılması üzrə konkret öhdəliklər götürüb.Dərc edilmiş hesabat, həmçinin istehsal zəncirində bərpa olunan enerji mənbələrinə keçid, kömürün istifadəsindən tədricən uzaqlaşma, həmçinin istehlakçıların maarifləndirilməsi üzrə tövsiyələri də ehtiva edir.Yeri gəlmişkən, sonunculardan çox şey asılıdır - məsələn, ekspertlər satın alınan paltarları daha uzun müddət geyinməyi təklif edirlər. Hələlik isə, proses əks istiqamətdə gedir: paltara tələbat hər il ildə iki faiz artır, onun istifadəetmə müddəti isə getdikcə daha da qısalır. Biz dünya miqyasında hər saniyə bir zibil daşıyan maşınının yüklənə biləcəyi qədər geyim atırıq.