APREL DÖYÜŞLƏRİNƏ FİLM HƏSR EDİLİB

Aprel döyüşləri Azərbaycan tarixinə şanlı döyüş tarixi kimi yazıldı. Bu qürurverici tarixə gün gələcək dastanlar yazılacaq, neçə-neçə filmlər çəkiləcək. “Media Master Azərbaycan” artıq ilk addımı atıb.

Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə “Aprel döyüşləri”nə film həsr edilib. “4 gün” adlanan filmin rejissoru Batur Emin Akyeldir. “Media Master Azərbaycan” tərəfindən ekranlaşdırılan film 1-4 aprel tarixlərində İctimai Televiziyanın efirində yayımlanacaq.