ALTIAĞAC MİLLİ PARKINDA “AÇIQ QAPI” GÜNÜ KEÇİRİLƏCƏK

Altıağac Milli Parkının yaradılması günü ilə əlaqədar avqustun 31-də həmin xüsusi mühafizə olunan təbiət ərazisində “Açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlik Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac Milli Parkının füsunkar təbiətini görmək üçün hər kəsi milli parka dəvət edir.Qeyd edək ki, Altıağac Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli Sərəncamı ilə yaradılıb.