ALPANLI QAZİNİN EV MƏSƏLƏSİ HƏLL OLUNACAQ

Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev Alpan İnzibati ərazi dairəsində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda , Dövlət Təhlükəsizlik Xidmətinin Quba rayon şöbəsinin rəisi , Quba rayon Polis Şöbəsinin rəis müavini, Quba rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəsissə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədi ilə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə lazımi tapşırıqlar verib.