AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. O, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. 1977-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi alıb.