ADPU-NUN QUBA FİLİALINDA “NOVRUZ HƏMRƏYLIYI” TƏDBİRİ KEÇİRİLİB

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, GİKM-in Quba Xaçmaz Regional nümayəndəliyinin, Quba Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Quba Xaçmaz

Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Quba Uşaq Musiqi Məktəbinin və Quba Uşaq İncəsənət Məktəbinin,  habelə Çölçü İB-nin birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr edilmiş “Novruz Həmrəyliyi” adlı tədbir keçirilib. Novruz oyunları oxatma, qol gücü, ipdartma, kötük oyunu ilə başlayan tədbirdə əvvəlcə tələbələrin əl işlərindən ibarət xonça və rəsm sərgiləri nümayiş etdirilib. Daha sonra tədbir biri-birindən gözəl musiqi, şeir və rəqs nömrələri ilə davam etdirilib.