ADPU-NUN QUBA FİLİALINDA XX BURAXILIŞ MƏZUN GÜNÜ KEÇİRİLİB

Quba şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən “Yaşıl teatr”da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının məzunlarının XX buraxılışına həsr

olunmuş “Məzun - 2024” adlı tədbir keçirilib.Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edilib. Önünə gül-çiçək dəstələri qoyulub. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət mərkəzinin direktoru Ramiz Ramazanlının moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə filialın direktoru dosent Yusif Alıyev çıxış edib. Çıxışında  məzunları təbrik edən direktor, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə Quba Rayon İcra Hakimiyyəti Başçısının  müavini Səidə Abasova, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev, Şəhid atası Faiq Abduləlimov, valideyn Yaşar Baloğlanov çıxış edərək Prezident cənab İlham Əliyevin həyata keçirdiyi təhsil siyasətindən, təhsilin inkişafından və filialda dosent Yusif Alıyevin rəhbərliyi ilə yaradılan sağlam təhsil mühiti haqqında danışıblar. Sonra məzunlar adından “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının məzunu Cəvahir Qocayeva çıxış edib.Tədbirdə təhsilini fərqlənmə ilə bitirən gələcəyin müəllimlərinə rayon rəhbərliyi, filial direktoru, güc strukturlarının rəhbərləri tərəfindən diplomlar təqdim olunub.Tədbir tanınan gənc ifaçıların çıxışı və rəqs nömrələri  ilə davam edib.Qeyd edək ki, məzun günündə Quba rayon icra hakimiyyəti aparatının işçiləri, güc strukturlarının rəhbərləri,  universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qurumlarının əməkdaşları, şəhid ailələri, qazilər və tələbələrin valideynləri iştirak ediblər.