ADPU-NUN QUBA FİLİALINDA TƏDBİR KEÇİRİLİB

ADPU-nun Quba filialında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr edilən “Adım Ələsgərdir, Göyçədir mahalım" adlı tədbir keçirilib.Tədbir filialın Ədəbiyyat və dillər kafedrasının təşkilatçılığı ilə ərsəyə gəlib.Filialın AZD ixtisasının II tədris ili tələbəsi Nərmin Orucovanın moderatorluğu ilə başlayan tədbirdə açılış üçün söz əvvəlcə dosent Yusif Alıyevə təqdim edilib.Tədbirin təşkilatçılığının əhəmiyyətini vurğulayan Yusif Alıyev, 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olması münasibətilə Prezident İlham Əliyevin 18 fevral 2021-ci il tarixli Sərəncamını diqqətə çatdırıb və tədbirin mənəvi zənginliyini qeyd edib.