ADPU-NUN QUBA FİLİALINDA MƏZUN GÜNÜ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 966
			
	
        
		
			
		
		
	
	
		 Gün olur, böyüyüb əvvəl məktəbə getməyi arzu edirik, sonra özümüzlə birgə arzularımız da böyüyür məktəbi bitirib tələbə adını  qazanmaq istəyirik. Günlər illəri əvəz edir, tələbəsi olduğumuz təhsil ocaqlarının məzunu olmağa tələsərik. Tələsərik ki, öyrəndiklərimizi yaşamın sınaqlarından keçirərək. Amma məzun olmağa nə qədər tələssək də, öyrəndiklərimizin və bundan sonra da öyrənəcəklərimizin hələ çox olacağını bilirik.  Bir çağlar kimisi qorxa-qorxa, kimisi də özündən əminliklə, amma hər birinin həyacanla çəkdikləri biletlər bu gün həyat vəsiqələri idi onların. ADPU-nun Quba filialının məzunlarının. Bir çağlar övladlarını tələbəsi adını qazandıqları universitetə gətirən, indi isə onların məzun olmalarını qutlamağa toplanan valideynlərin, universitet ziyalılarının və tələbələrin iştirakı ilə ADPU-nun Quba filialı daha bir məzun günü yaşadı. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				