ADPU-NUN QUBA FİLİALINA QƏBUL OLUNAN I TƏDRİS İLİ TƏLƏBƏLƏRİ İLƏ TANIŞLIQ GÖRÜŞÜ KEÇİRİLİB

2021/2022 - ci tədris ilinin başlaması münasibəti ilə ADPU-nun Quba filialına qəbul olunan I kurs tələbələri ilə tanışlıq xarakterli görüş keçirilib. Görüş açıq havada filialın direktoru dosent Yusif Alıyevin, professor və müəllim heyətinin, həmçinin məhdud sayda tələbələrin iştirakı ilə keçirilib.