Gündəlik tələbat mallarından ibarət olan 15-ə yaxın ərzaq bağlaması rayonun müxtəlif ərazilərində yaşayan ailələrə paylanılıb.
Aksiya zamanı həmçinin vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat da verilib. Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. ADPU-nun Quba filialı tərəfindən keçirilən yardım aksiyası artıq 2 ci dəfədir ki reallaşıb.Yusif Alıyev həmçinin vətəndaşlara müraciət edərək xüsusi karantin müddətində sağlamlıqlarını qorumaq üçün evdə qalmağa səsləyib.