ABŞERON RAYONUNUN PİRƏKƏŞKÜL AVTOMOBİL YOLU YENİDƏN QURULUR

Vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən qəsəbələrarası avtomobil yollarının yenidənqurulması layihələri sırasında Abşeron rayonunun Pirəkəşkül avtomobil yolu layihəsi də var.Başlanğıcını Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 33-cü kilometrindən götürən və 7,3 kilometr uzunluğa malik Pirəkəşkül avtomobil yolu uzun müddət istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayıb. Bu isə avtonəqliyyat vasitələrinin rahat hərəkətinə problemlər yaradırdı.