98 YAŞLI VETERAN ZİYARƏT OLUNDU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 893
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin  Başçısı  Ziyəddin Əliyev Quba şəhər sakini , rayonun  tanınmış ağsaqqalarından biri, uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış,  98 yaşlı 1941-1945 – ci illər müharibəsinin veteranı Qaflan Ömərovun evində olmuş , ona qiymətli hədiyyələr təqdim etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qaflan Ömərovla ətraflı söhbət aparmış , onu narahat edən məsələləri dinləyərək adiyyəti şəxslərə lazımı tapşırıqlar vermişdir. Xatirladaq ki, Quba rayonunun  Ərməki kəndində 1924- ci ildə dünyaya gələn  Qaflan  Ömərov  İkinci  Dünya müharibəsi iştirakçısıdır.  O , 1941 – ci ildə  SSRİ ilə Almaniya arasında başlayan müharibəyə könüllü olaraq qatılıb və ön cəbhədə faşistlərə qarşı vuruşub. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				