9 OKTYABR - ÜMUMDÜNYA POÇT GÜNÜDÜR

Oktyabrın 9-u dünyada poçt sahəsi işçilərinin peşə bayramı - Ümumdünya Poçt Günü kimi qeyd olunur. Ümumdünya Poçt Günü Ümumdünya Poçt İttifaqının XIV konqresinin qərarı ilə 1874-cü ildə İsveçrənin paytaxtı Berndə yaradılıb. Bu tarix 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının konqresində elan olunub. Azərbaycan ərazisində ilk poçt rabitəsi 1818-ci ilin iyun ayının 1-də yaradılıb. İlk poçt kontoru respublikanın ikinci böyük şəhəri sayılan Gəncədə açılır. Daha sonra Bakıda və Naxçıvanda poçt ekspedisiyaları təşkil edilir.