800 YAŞILI MUMİYA TAPILIB

Perunun paytaxtı Lima şəhərinin sahil zolağı boyundakı abidələrdə aparılan qazıntılar zamanı təqribi yaşı 800 il olan mumiya tapılıb. Limadakı müqəddəs Markos adına dövlət universitetinin arxeoloqu Van Dalenin sözlərinə görə, aşkar edilmiş mumiyanın dövrü barədə fikir təqribidir. Mumiyanın əsas özəlliyi bütün bədəni iplə sarılıb və əlləri üzünü örtmə pozasındadır.