8 MART- BEYNƏLXALQ QADINLAR GÜNÜ KİMİ QEYD OLUNUR

 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında qərara alınıb.

Qadınlar günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı. O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür və böyükdən kiçiyə hər kəs böyük sevgi ilə bu günə hazırlaşır.Öz iradəsi mərdliyi və şücaəti ilə cəmiyyətin həyatında xalqın milli mənəvi dəyərlərinin də formalaşmasında müstəsna rol oynayan azərbaycan qadınları da məhz bu bayramda öz doğmaları yaxınları tərəfindən.xüsusi diqqətə layiq görülür.Kimi hədiyyə ilə,Kimi isə xoş bir söz ilə xanımları təbrik edir. Hətda gül satan dayı da öz təbriklərini bizimlə bölüşdü.O da həyacanla öz müştərilərini gözlüyür axşam da əzizlərini təbrik etmək üçün səbirsizlənirdi. Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir Qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır.Onlar kiçik bir hədiyyə ilə də xoşbəxt olurlar,yetər ki,o hədiyyəni saf sevginiz və xoş nəvazişiniz ilə verəsiniz.Sonda biz də Azərbaycan qadınlarını beynəlxalq qadınlar günü münasibəti ilə tam səmimiyyətimiz ilə təbrik edirik.Arzu edirik ki,bahar təbəssümü il boyu üzünüzdən əskik olmasın.Gözləriniz yalnız sevincdən yaşarsın.