6 YAŞLI QUBALI PƏHLƏVAN KİMDİR ?

Bu gün adı “Ginnesin rekordlar kitabı”na düşməyə namizədlərin sırasına daxil edilən qubalı pəhləvan Laçın Abdulhüseynov və onun yaratdığı Azəri qardaşları – 2 – nin qonağı olduq. Xatırladaq ki, Laçın pəhləvan qeyri-adi üsulla, yəni göz, həm də hulqum nahiyəsində 33 kiloqram ağırlığı qaldırmaqla hamını təəccübləndirib. Bununla da o, “Ginnesin rekordlar kitabı”na namizəd adını qazanıb. "Azəri Qardaşları" qrupunun ən kiçik üzvü İbrahimdir. Onu da qeyd edim ki, İbrahim Laçın pəhləvanın oğludur. Laçın pəhləvan deyir ki, İbrahimə bu sənəti 4 yaşından öyrətməyə başlayıb. Onun sözlərinə görə dünyada İbrahim yaşda pəhləvanlıq sənəti ilə məşğul olan həmyaşıdı yoxdur. O, hələ ki, belə bacarığa malik dünyada yeganə azyaşlıdır.