23 İL VƏTƏNƏ XİDMƏT EDƏN ŞƏHİD FÜZULİ SALAHOV ŞABRANDA ANILDI

Sağlığında Prezident İlham Əliyevin şəxsən medal verdiyi 23 il vətənə xidmət edən aprel döyüşçü Füzuli Salahovun bu gun doğum günüdür. Şəhidimiz yaşasaydı 43 yaşını qeyd edəcəkdi. İndi onun yaxınları şəhidin doğum gününü yad edir,Yaxınları doğmaları ,onu sevənlər doğum gününə görə yaşadığı Şabranın Gəndov kəndinə toplaşıbCəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurlar şəhidin yaxınlarını sevindirib. F.Salahov 1978-ci ildə Şabranın Gəndov kəndində dünyaya gəlib. Şəhidlik zirvəsinə ucalanadək 20 ilə yaxın Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Vətənə şərəflə qulluq edən gizir daim öz cəsarəti və igidliyi ilə seçilib. Hərbi xidmətdə fərqləndiyinə görə sağlığında dəfələrlə təltif olunub. F.Salahova “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı Prezident İlham Əliyev cəbhə bölgəsinə səfəri zamanı şəxsən təqdim edib.Aprel döyüşlərinin də fəal iştirakçısı olan Fizulu Salahov 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.Onu yad edənlərin dilində Qəhrəmancasına şəhid olmuş Fizuli Salahovun daim xatirələrdə yaşayacağı, onun şərəfli ömür yolunun gənclərə örnək olduğu bildirilib.Şəhidin geriyə qalan iki övladları Nihat və Nicat bizə əmanətidir. Şəhidin atası Süleyman Salahov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini söyləyib.