11 MİNDƏN ÇOX ABİTURİYENT İXTİSAS SEÇİMİ EDİB

9 illik ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün avqustun 27-dən başlanan ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ixtisas seçimi sentyabrın 7-dək internet vasitəsilə həyata keçirilir. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizetex/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.